1. Siz saytda qeydiyyatdan keçdikdən sonra xaricdəki ünvanımızı əldə edirsiniz. Və sifariş etmək istədiyiniz saytda ünvan olaraq bizim ünvanı qeyd edirsiniz. Beləliklə firma sizin məhsulu anbarımıza təslim edir və siz Smart Custums tətbiqində bağlamanı bəyan etdikdən sonra biz məhsulu sizə çatdırırıq. Bu xidmətdən istifadə etdiyiniz zaman siz bizə yalnız daşınma haqqını ödəyirsiniz. 2. ' Sifariş et ' xidmətində siz sifariş etmək istədiyiniz məhsulun linkini bizə göndərirsiniz. Plastik kart vasitəsilə online şəkildə ödəniş edirsiniz və əməkdaşlarımız tərəfindən sifarişləriniz icra olunur. Bu xidmət növündə sizdən heç bir komissiya (bank xərci) tutulmur. Bağlamanızı təhvil aldıqda isə sizdən çəkisinə uygun daşınma haqqı tələb olunur.
Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş mallar Yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə - xüsusi icazə ilə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika, radioaktiv maddələr, narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, mebel dəstləri və böyük həcmli yüklər, canlı heyvanlar, dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr, xammal şəklində olan qiymətli metallar, qiymətli qaşlar, qoruyucusu olmayan qaz piltələri, gizli kameralar, səs yazma cihazlar və bu kimi bir sıra məhsulların sifarişi qəbul edilmir.
Tariflər haqqında məlumatları saytda (və ya mobil tətbiqdə) və eynilə "Nurlu Kargo"nun sosial şəbəkə hesablarında tariflər bölməsindən əldə edə bilərsiniz .
Online satış sayt və səhifələrindən edilən sifarişlərinizi Türkiyə daxili karqolar Türkiyə anbarımıza təhvil verdikdən və Smart Custums tətbiqində siz bəyan etdikdən sonra ən gec halda 2 iş günü ərzində bağlamalar təhvil filiallarına(məntəqələrinə) çatdırılır. Nəzərinizə çatdıraq ki Nurlu Kargodan asılı olmayan səbəblərdən (səlahiyyətli qurumların yoxlanışı, hava və ya quru yolu nəqliyyatında sıxlıq və.s) gecikmələr yarandığı halda şirkətimiz heç bir məsuliyyət daşımır.
Qeyd edək ki, 2 (iki) aydan artıq müddətdə bağlama təhvil ofislərində qaldıqda əvvəlcədən xəbərdarlıq edilməklə bağlamadakı əmlak “Daşıyıcı”nın mülkiyyətinə keçir
Bağlamanız bəyan edildi statusu aldıqdan sonra siz online olaraq tətbiqdən və eləcə də təhvil ofisinə çatdıqdan sonra online,nağd, pos-terminal vasitəsilə ödəniş etməklə bağlamanızı əldə edə bilərsiniz
Sifariş etdiyiniz məhsulları geri qaytarma xərcləri nəzərə alınmaqla 10 azn ödəniş edərək geri qaytara bilərsiniz Qeyd edək ki, məhsul satıcı tərəfindən geri qaytarılma olaraq qəbul etmədikdə və ya daxili kargo tərəfindən kod yalnış olaraq qiymətləndirilib geri qaytarıldıqda məhsul yenidən xarici anbara geri qayıdır və məhsulu bəyan edib daşınma ödənişini edərək yenidən təhvil ofisindən əldə edirsiniz.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər. Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və bağlamanın daşınma haqqı daxildir. Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır.
Bağlama üzərindəki məlumatlar düzgün olduğu təqdirdə 48-72 iş saatı ərzində xarici anbar statusu alır. Qeyd olunan zaman ərzində bağlamanız sistemdə əks olunmadıqda bağlamanın teslimat detayları haqqında məlumatlarla birgə sorğu yarada bilərsiniz. Biz yalnız anbarın iş saatları çərçivəsində təhvil verilən və anbar əməkdaşlarının imzası ilə təsdiq olunan bağlamalara görə məsuliyyət daşıyırıq. Əlaqə:+994 55 976 85 00
Xarici anbarımıza daxil olan bağlamanız haqqında bəyannaməyə ehtiyac olarsa sizə istifadə etdiyiniz platformaya uyğun olaraq Mobil tətbiq üzərindən bildiriş,WhatsApp üzərindən bildiriş və ya qısa mesajla bildiriş göndərilir. Siz saytımız və ya mobil tətbiqimiz vasitəsi ilə bağlamanızı Sürət Kargo sistemində bəyan etdikdən sonra Smart Customsda bağlamanızı bəyan edirsiniz. Əgər bağlamanız haqqında Nurlu Kargoya bəyan etməyə ehtiyac olmazsa siz birbaşa Smart Customsda bəyan edirsiniz.
Nurlu Kargo hesabınızdaki balansınızı nağd və onlayn şəkildə artıra bilərsiniz. Saytımızda və mobil tətbiqimizdə şəxsi kabinetinizdə balans bölməsinə daxil olaraq onlayn şəkildə balansınızı artıra bilərsiniz. Həmçinin ofisə yaxınlaşıb nağd ödənişlə balans artırmağınızda mümkündür.
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün Türkiyə daxili kargolara (kuryerlərə) verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir. Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Bu nömrələr ölkə daxili kuryerlərdən fərqli olaraq fərqli adlandırılır. Bağlamanı izləmək üçün UPS karqo “Tracking number”, Trendyol express “Gönderi numarası”, Yurtiçi karqo “Gönderi kodu”, Aras karqoda “Kargo takip numarası”,PTT Kargo “barkod no”, MNG karqo “Fatura no”, Sürat Kargo “seri numarası” və s. təqdim edir. Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır. İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. Və həmin izləmə nömrələri ilə siz bağlamanızın hansı məbləğ və dəyərdə olduğunu dəqiqləşdirib Smart Custums tətbiqində bəyan edə bilərsiniz.