Haqqımızda

Nurlukargo.az daşınma sahəsində uzun illər təcrübəsi olan bir qrup mütəxəssisin yaratdığı etibarlı kargo şirkətidir. Daha çox insana çata bilmək və xidmətimizi hər kəs üçün əlçatan etmək niyyəti ilə yola çıxmışıq. Əsas məqsədimiz – maksimum müştəri məmnunluğunu təmin etməkdir. Bu məqsədlə illərlə topladığımız bilik və təcrübəni bir araya gətirərək idarəetməyə professional yanaşma tətbiq edirik. Bizimlə yalnız öz işinin ustası olan əməkdaşlar çalışır. Komandamız sahələri üzrə peşəkardır, həmçinin mütəmadi olaraq təlimlərdə iştirak edir və daşınma prosesinin bütün incəliklərini daha da dərindən öyrənirlər. Gənc, dinamik və gülərüz kollektivimiz hər bir müştəriyə diqqətlə və xüsusi qayğı ilə yanaşır. Nurlu Kargo bizim üçün sadəcə bir şirkət deyil — daşınma xidmətinə müasir, yenilikçi və fərqli bir yanaşmadır. Fəaliyyətə 5 ildir başlasaqda, bu müddətdə gördüyümüz işlər və əldə etdiyimiz uğurlar bizi sevindirir. Bu uğurlar müştərilərimizin məmnuniyyətində və bizim haqqımızda söylədikləri təşəkkür dolu sözlərdə əks olunur. Çünki fəaliyyətimiz yükdaşıma sahəsində beynəlxalq standartlara və qanunvericiliyinin bütün tələblərinə əməl olunmaqla uyğun şəkildə qurulmuşdur.

Daşınma işçisi